• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

CƏMİYYƏT

12 Yanvar 2022 | 13:21 | Müəllif: Qalib İbrahimoğlu

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

“Azərişıq” ASC-də hava şəraitinin kəskin dəyişiləcəyi barədə verilən məlumatı nəzərə alaraq istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə qabaqlayıcı və zəruri tədbirlər görülüb.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq" ASC-dən bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də regionlarda havanın temperaturunun kəskin aşağı düşəcəyi gözlənilir. Bəzi yerlərdə sulu qar və qarın yağması proqnozlaşdırılır.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa, istehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026