• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Qışda işıq problemi olmayacaq - "Azərişıq"

CƏMİYYƏT

20 Dekabr 2022 | 14:53

Qışda işıq problemi olmayacaq - "Azərişıq"

Hər il qış aylarında qarlı-yağışlı, küləkli hava şəraitində elektrik enerhisi sahsəində problemlər baş verə bilir.

Bu il “Azərişıq” ASC qışa hazırlıq üçün nə edib?

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, təmsil oluduğu  qurum qış mövsümündə istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirləri həyata keçirib: “Hazırlıqla bağlı öncədən komissiyas yaradılıb, Elektrik Şəbəkələri üzrə “Tədbirlər Planı” tərtib olunub. 2500-dən artıq müxtəlif gücdə transformator məntəqəsi və yarımstansiyada elektrik avadanlıqlarının, 6500 km-a yaxın elektrik veriliş xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb”.

Onun sözlərinə görə, əlavə olaraq, Bakıda və regionlarda 100-dən çox müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb, 440 km-dən artıq müxtəlif gərginlikli kabel və hava xətləri çəkilib: “Ölkə üzrə bütün elektrik şəbəkələr qış üçün material və avadanlıq ehtiyatı ilə, həmçinin maşın mexanizmlə təmin olunub. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR