• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Azyaşlı ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ

CƏMİYYƏT

16 Fevral 2025 | 19:29 | Müəllif: Subhan Mahmudov

Azyaşlı ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ

Sosial şəbəkələrdə Biləsuvar rayonunda azyaşlının qeyri-əxlaqi hərəkətlərə məruz qalması iddialarının araşdırılmadığına dair məlumat yayılıb. 

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, 2024-cü ilin noyabrında azyaşlıya qarşı əxlaqsız hərəkətlər edilməsi ilə bağlı müraciət üzrə tam və hərtərəfli araşdırma aparılıb. Təqsirin müəyyən edilməsi üçün müvafiq tibbi ekspertizalar təyin olunmaqla rəy alınıb. Bütün xüsusatlar və tibbi ekspertiza rəyi ilə iddialar təsdiqlənmədiyi üçün cinayət işinin başlanması rədd edilib. 

İddiaların polis şöbəsində araşdırılmadığına dair məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR