• Bakı 19° C

    5.95 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Babək rayonunda "Niva" yandı

HADİSƏ

20 Mart 2025 | 11:13

Babək rayonunda Niva yandı

Naxçıvanda avtomobil yanıb.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, 112” qaynar telefon xəttinə Babək rayon Sirab kəndində "Niva" markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.

Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.


SON XƏBƏRLƏR

30 Mart 2025