İraqın paytaxtı Bağdadda hərbi nəzarət-buraxılış məntəqəsində taksiyə yerləşdirilən bombanın partlaması nəticəsində partlayış baş verib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Bağdadın Əl-Şula rayonunda hərbi nəzarət məntəqəsinə yaxınlaşan taksi avtomobilinin içərisinə yerləşdirilən bomba partlayıb.
Partlayış nəticəsində keçid məntəqəsində xidmət edən təhlükəsizlik qüvvələrinin iki əməkdaşının həyatını itirdiyi iddia edilib.
Sözügedən partlayışla bağlı rəsmi orqanlardan hələlik heç bir açıqlama verilməyib.
Əli Hüseynov