• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Sumqayıt qatarlarında ödəniş üsulu ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

27 Iyul 2023 | 15:22

Bakı-Sumqayıt qatarlarında ödəniş üsulu ilə bağlı AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsulları ilə səfər mümkündür.  

Bakıvaxtı.az  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026