• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakı-Sumqayıt yolunun kənarında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ

18 Iyul 2022 | 15:18 | Müəllif: Subhan Mahmudov

Bakı-Sumqayıt yolunun kənarında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, əlavə məlumat veriləcək.

*** 14:40

Bakı-Sumqayıt yolunda yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə Nazirliyin qaynar xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR