• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda bu küçələrdə sürət endirildi - FOTO

CƏMİYYƏT

20 Iyul 2023 | 13:17

Bakıda bu küçələrdə sürət endirildi - FOTO

Bakıda Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir və bu gündən hər iki yol sahəsində müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində daha bir neçə yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb.

Qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.


Bakıda bu küçələrdə sürət endirildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026