• Bakı 17° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bakıda dəhşətli qəza - VİDEO

HADİSƏ

02 Avqust 2021 | 21:04 | Müəllif: Subhan Mahmudov

Bakıda dəhşətli qəza - VİDEO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev oxu.az-a açıqlamasında bildirib ki, hadisə Qaradağ rayonu, Sənqaçal qəsəbəsində baş verib:

“Ölümlə nəticələnən yol-nəqliyyat hadisə bu gün 18:09 radələrində baş verib. 90-FD-955 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək piyadanı vurub. Təxminən 30 yaşlı şəxs hadisə yerində vəfat edib”.

O qeyd edib ki, sürücü daha sonra üç avtomobilə çırpılıb.

Həmin videonu təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026