• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Evdə partlayış: xəsarət alan var - FOTOLAR + VİDEO

HADİSƏ

10 Iyun 2024 | 22:14 | Müəllif: Subhan Mahmudov

Evdə partlayış: xəsarət alan var - FOTOLAR + VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

 

 


Evdə partlayış: xəsarət alan var - FOTOLAR + VİDEOEvdə partlayış: xəsarət alan var - FOTOLAR + VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026