• Bakı 26° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Mingəçevir su anbarında 1 nəfər batıb - YENİLƏNİB

HADİSƏ

10 Iyul 2024 | 20:06

Mingəçevir su anbarında 1 nəfər batıb - YENİLƏNİB

Mingəçevir su anbarında boğulan şəxsin kimliyi məlum olub.

Bakıvaxtıa.z-ın məlumatına görə, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Ramiz Kazımov ailəsi ilə birgə Mingəçevirə istirahətə gedib, su anbarında çimərkən boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

19:27

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Bakıvaxtı.az-ın məlumatına görə, öz ailəsi ilə birgə istirahətə gedən şəxs Mingəçevir su anbarında çimərkən batıb.

Onun meyti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

28 Iyul 2024