• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda iki avtomobil toqquşub - Xəsarət alanlar var

HADİSƏ

02 Mart 2022 | 23:29 | Müəllif: Subhan Mahmudov

Bakıda iki avtomobil toqquşub - Xəsarət alanlar var

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Nofəl Heydərov köməkçi yolda nişanın tələbini pozaraq idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsilə əsas yola çıxıb.

Bu zaman həmin yolda olan "Mercedes" markalı avtomobil "Toyota"-ya çırpılıb.

Qəza nəticəsində sərnişin və sürücü xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR