• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda intiharın qarşısı ALINDI

CƏMİYYƏT

15 Avqust 2024 | 00:14 | Müəllif: Subhan Mahmudov

Bakıda intiharın qarşısı ALINDI

Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində vətəndaş binanın damına çıxaraq  intihara cəhd edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, qurumun “112” qaynar telefon xəttinə intihara cəhdlə bağlı məlumat daxil olub. . 

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin  xilasediciləri cəlb olunub. 

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Cəlilov Anar Allahverdi oğlu binanın damına çıxaraq  intihara cəhd edir.

İntihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026