• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda MDB ölkələrinin iclası keçirildi - FOTOLAR

CƏMİYYƏT

17 Oktyabr 2023 | 14:58

Bakıda MDB ölkələrinin iclası keçirildi - FOTOLAR

Oktyabrın 17-də Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası Bakı şəhərində keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda MDB üzv dövlətlərinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətləri üzrə nümayəndə heyətləri iştirak ediblər.

30-cu iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilib.

Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxış edib. İ. Musayev Azərbaycan Respublikasının rəhbərliyi adından iclas iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib.

İclas iştirakçıları hökumət, qapalı və xüsusi rabitə sistemləri, eləcə də şifrələmə vasitələri üzrə əldə edilmiş təcrübə, elmi-texniki nailiyyətlərin tətbiqi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, müvafiq ixtisaslı kadrların hazırlanması və digər məsələləri müzakirə ediblər.

Koordinasiya Şurasının 30-cu iclası zamanı səsvermə əsasında sözügedən Şuranın sədrinin müavini və aparatının sədri seçilmiş, iclasın yekunlarına dair protokol imzalanıb.


Bakıda MDB ölkələrinin iclası keçirildi - FOTOLARBakıda MDB ölkələrinin iclası keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026