• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda mənzildə ər-arvadın meyiti tapıldı

CƏMİYYƏT

13 Fevral 2024 | 20:03 | Müəllif: Subhan Mahmudov

Bakıda mənzildə ər-arvadın meyiti tapıldı

Bakıda mənzildən iki nəfərin meyiti aşkarlanıb.

Hadisə Alatava qəsəbəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıvaxtı.az-a məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, "112" qaynar telefon xəttinə Alatava qəsəbəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə vətəndaşın qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib. Xilasedicilərin keçirdikləri tədbirlər nəticəsində mənzildə aşkar olunmuş iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026