Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən şagirdlərin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
Bu barədə Bakıvaxtı.az-a Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib.
***18:16
Aprelin 18-də 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
Bu barədə Bakıvaxtı.az-a Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib.
Bildirilib ki, digər 2 şagirdin vəziyyəti qənaətbəxşdir.
***17:45
Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Bakıvaxtı.az xəbər verir ki, şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, xəstəxanaya 14 şagird gətirilib:
“Hazırda onlar təcili yardım şöbəsindədilər. Vəziyyətləri ağır deyil, həkimlərin nəzarətindədirlər. Həyati təhlükələri yoxdur”. /APA
















