• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda saxlanılan narkokuryerdən 18 kq narkotik aşkarlandı - VİDEO

HADİSƏ

08 Aprel 2024 | 13:19

Bakıda saxlanılan narkokuryerdən 18 kq narkotik aşkarlandı - VİDEO

Paytaxtda saxlanılan daha 3 narkokuryerdə 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar. C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən edilib. Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR