• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bakıda silsilə oğurluqlar edən dəstə tutuldu

CƏMİYYƏT

01 Mart 2024 | 12:40

Bakıda silsilə oğurluqlar edən dəstə tutuldu

Bakıda mağaza və şirkət qarət olunub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Sahil və Lökbatan qəsəbələri ərazisində bir mağazadan 1900 manat pul, 800 manat dəyərində danışıq kartları və tütün məmulatı, bir şirkətdən 1000 manat dəyərində avadanlıq, ehtiyat hissələri və elektrik kabelləri oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Cavid Qorçuyev, Turan Salahov, Şamil Mustafayev, Elmar Quliyev və Pənah Nağıyev saxlanılıblar.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026