• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

21 Dekabr 2023 | 15:52

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah ölkədə güclü külək əsəcək.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında sabah günün ikinci yarısından dekabrın 24-dək cənub-qərb küləyinin arabir 15-18 m/s, dekabrın 23-ü gündüz saatlarında isə yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Sabah gündüz saatlarından dekabrın 24-dək əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026