• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bakıda yaşayış binasında yanğın oldu - Sakinlər təxliyə olundu

HADİSƏ

01 Dekabr 2021 | 12:07

Bakıda yaşayış binasında yanğın oldu - Sakinlər təxliyə olundu

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

***

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR