• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

HADİSƏ

30 Dekabr 2021 | 22:43 | Müəllif: Subhan Mahmudov

Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Şirvan şəhərində bir ailənin üzvləri dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şirvan şəhəri T. İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Şirvan sakinləri, 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu, 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə ikən dəm qazından zəhərləniblər.

Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026