• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada dörd uşaq yanaraq öldü

HADİSƏ

29 Yanvar 2022 | 22:01 | Müəllif: Subhan Mahmudov

Rusiyada dörd uşaq yanaraq öldü

Arxangelsk vilayətinin Plesetsk kəndində baş vermiş yanğın söndürülərkən beş nəfərin cəsədi tapılıb. Qurbanlardan dördü uşaqdı.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, yanğın 12 mənzilli taxta konstruksiyalı ikimərtəbəli evdə baş verib. 37 yaşlı qadın və onun 3-12 yaşlı dörd övladı həlak olub. Evin qalan sakinləri xəsarət almayıb.

Yanğının ehtimal olunan səbəbi elektrik sobasının nasazlığıdır.

Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026