• Bakı 11° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Zəlzələ bu rayonlarda da hiss olunub - YENİLƏNİB

CƏMİYYƏT

07 Dekabr 2023 | 10:21

Zəlzələ bu rayonlarda da hiss olunub - YENİLƏNİB

Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stasinyasından 52 km şimal - şərqdə,  Xəzər dənizində zəlzələ qeydə alınıb. 

Bu barədə Bakıvaxtı.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 70 km-dir.

***

09:09

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verib.

Bu barədə Bakıvaxtı.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 68 km olub..

Yeraltı təkanın episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

***

08:43

Xəzər dənizində zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 08:16 Xəzər dənizində qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

***

08:20

Azərbaycanda zəlzələ olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələ yerli vaxtla 08:15-də baş verib.

İlkin məlumatlara görə, 5 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.


SON XƏBƏRLƏR

05 Aprel 2026