• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıdakı taksilərin ŞOK SAYI

CƏMİYYƏT

02 Dekabr 2022 | 12:03

Bakıdakı taksilərin ŞOK SAYI

Bakıda taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayı həddindən çoxdur.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) baş mütəxəssisi Rauf Səfərov Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Nəqliyyat və Logistika Komplesinin İnkişafı” mövzusunda konfransda bildirib.

“Azərbaycanda təxminən 40 min taksi olduğunu və bunun 28 mininin Bakının payına düşdüyünü düşünürük. Onların da 90%-i onlayn platformalar üzərindən fəaliyyət göstərir. Halduki, Türkiyənin İstanbul şəhərində bir neçə ildir ki, taksi fəaliyyəti üçün 17 325 ədədlik kvota var. Bakıda taksilərin sayının çox, bu sahəyə diqqətin az olması, sürücülərin 14-16 saat işləməsi qəzaların artmasına gətirib-çıxarır”, - deyə o qeyd edib.

“Paytaxtda sıxlığın aradan qaldırılması üçün taksi fəaliyyəti ilə bağlı müəyyən təkliflərimiz var. Bu təkliflər taksi fəaliyyətinin müvafiq icazə əsasında həyata keçirilməsi, sərnişindaşınma sahəsində sahibkarlıq mühitinin yaxşılaşdırılmasınəı əhatə edir”, - deyə R.Səfərov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026