• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Bakıdan bu şəhərə birbaşa reys açılır

CƏMİYYƏT

10 Iyun 2026 | 16:02

Bakıdan bu şəhərə birbaşa reys açılır

Azərbaycan Hava Yolları (AZAL) QSC Bakı–Maskat aviareysinin açılmasını planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, AZAL Oman Sultanlığının paytaxtı Maskatda Bakı–Maskat çarter reysinin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov da iştirak edib.

Mərasimdə çıxış edən diplomat yeni aviareysin Azərbaycan və Oman arasında turizm, biznes və insanlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Yeni marşrutun iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə imkanlar yaradacağı vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR