• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bakıya nə vaxt  qar yağacaq? 

CƏMİYYƏT

05 Dekabr 2022 | 10:01

Bakıya nə vaxt qar yağacaq?

Azərbaycanın bəzi yerlərinə 9 -11 santimetr qar yağıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır.

"Bəzi yerlərdə yağış, dağlıq ərazilərə isə qar yağıb. Dekabrın 5-i gün ərzində, 6-sı və 7-sində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında arabir yağıntı, mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq.

Bölgələrdə bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağışın intensivləşəcəyi ehtimal olunur. Aran rayonlarında 5-9 dərəcə isti, dağlarda isə 3-8 dərəcə şaxta olacaq",- G. Məmmədova deyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026