• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Balakəndə evi tərk edən koronavirus xəstəsi barəsində araşdırma başlanıb

HADİSƏ

22 Fevral 2022 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

Balakəndə evi tərk edən koronavirus xəstəsi barəsində araşdırma başlanıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Orxan Həsənova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Həmin şəxs polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə Katex kəndi ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Orxan Həsənov barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Balakəndə evi tərk edən koronavirus xəstəsi barəsində araşdırma başlanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR