• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Balkan ölkələrində son illərin ən sərt qışı yaşanır

DÜNYA

27 Yanvar 2022 | 00:10 | Müəllif: Subhan Mahmudov

Balkan ölkələrində son illərin ən sərt qışı yaşanır

Balkan ölkələrindən Bosniya və Herseqovina, Monteneqro və Serbiyada son illərin ən sərt qışı yaşanır.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, Bosniya və Herseqovinanın Buqoyno şəhərində bu gün ölçülən ən aşağı temperatur -12 olaraq qeydə alınıb. Paytaxt Sarayevoda havanın temperaturu -8 dərəcə, Byelasnitsa dağında isə temperatur -16 dərəcə olub.

Bosniya və Herseqovina Federal Hidrometeorologiya İnstitutundan bildirilib ki, günün ikinci yarısında ölkədə şimaldan gələn mülayim hava axınlarında artım müşahidə olunacaq. Havanın temperaturu mənfi 4-1 dərəcə arasında dəyişəcək, ölkənin cənubunda -7 dərəcə olacaq.

"Narıncı" və "qırmızı" meteoroloji həyəcan siqnallarının verildiyi Monteneqronun Kosanitsa şəhərində bu gün havanın temperaturu -10 dərəcə olub. Qeyd edək ki, yanvarın 25-də Kosanitsada ölkədə indiyədək ən aşağı temperatur (-33,2 dərəcə) qeydə alınıb.

Serbiya Hidrometeorologiya İnstitutu ölkənin əksər ərazilərində havanın temperaturunun mənfi 14-6 dərəcə, dağlıq rayonlarda isə -20 dərəcə olacağını açıqlayıb. Əhaliyə xüsusilə səhər saatlarında diqqətli olmaları tövsiyə olunub.

Bildirilib ki, bu gündən etibarən Serbiyanın şimalında, sabah isə digər bölgələrdə havanın temperaturu tədricən artacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026