• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

05 Iyul 2024 | 11:02

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 12-də, saat 10:00-da Daşkəsən rayon prokurorluğunun inzibati binasında Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Daşkəsən rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


    SON XƏBƏRLƏR

    07 Iyul 2024
    06 Iyul 2024