• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Deputatın polisi döyməsi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

CƏMİYYƏT

30 Iyul 2021 | 17:14 | Müəllif: Subhan Mahmudov

Deputatın polisi döyməsi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılmışdır.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026