"Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, lazımi cavablar veriləcək. Bizim cavabımız hücum xarakterindən asılı olacaq”.
Bakıvaxtı.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden NATO liderləri sammitindən sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə ərzaq böhranına səbəb ola bilər.
















