• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Diplomatik xidmətə qəbul üzrə imtahan keçiriləcək

CƏMİYYƏT

27 Iyul 2023 | 09:27

Diplomatik xidmətə qəbul üzrə imtahan keçiriləcək

2023-cü il iyulun 30-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçiriləcək.

DİM-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, imtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında kompüterlər vasitəsilə keçiriləcək.

İmtahana qeydiyyat 2023-cü il iyunun 22-dən 21 iyul saat 18:00-dək aparılıb və bu müddət ərzində 123 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. İştirakçılar saat 09:00-dək imtahan binasının önündə olmalıdırlar.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026