• Bakı 17° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Bələdiyyəyə namizədlərin qeydə alınması ilə bağlı VACİB XƏBƏR

SİYASƏT

06 Dekabr 2024 | 09:16

Bələdiyyəyə namizədlərin qeydə alınması ilə bağlı VACİB XƏBƏR

Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.

Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir.

Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək nəzərdə tutulub.

Xatırladaq ki, MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.


SON XƏBƏRLƏR

23 Aprel 2025