• Bakı 18° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

 "Qarabağ"dan 2-ci qol - YENİLƏNİR

İDMAN

17 Sentyabr 2025 | 00:08

 Qarabağdan 2-ci qol - YENİLƏNİR

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.

00:03

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər. 

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

16 sentyabr, 23:47

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə öndə yollanıblar.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

 

23:32

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

23:19

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.

16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

23:07

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.

6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.

 

23:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma "Eştadiu da Luş" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025