• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bərdədə ana ölümü - Araşdırma başladı

HADİSƏ

27 Mart 2021 | 17:15

Bərdədə ana ölümü - Araşdırma başladı

Bərdə Doğum Evində ana ölümü baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.

Rayonun Muğanlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədzadə Aygün Rafiq qızı 40-41 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya daxil olub.

Hamilə qadın dölyanı mayenin emboliyası (Amnion mayesinin ananın qan dövranına düşməsi nəticəsində bu mayenin komponentlərinə qarşı anafilaktoid reaksiyanın inkişafı ilə müşayiət olunan patologiyadır) ilə vəfat edib.

Bərdə Rayonun Prokurorluğunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026