Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı,az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Lökbatan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2019-cu il təvəllüdlü Bədəlli Amil Kamil oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(report)
















