• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bərdədə evdə yanğın - 15 yaşlı yeniyetmə öldü

HADİSƏ

01 Aprel 2024 | 12:47 | Müəllif: Subhan Mahmudov

Bərdədə evdə yanğın - 15 yaşlı yeniyetmə öldü

Bərdədə fərdi yaşayış evində yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

    Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

    Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

    2009-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR