• Bakı 27° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Bermud üçbucağının sirrini açıqladı

DÜNYA

12 Avqust 2025 | 09:15

Bermud üçbucağının sirrini açıqladı

Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itmiş gəmi və təyyarələrin payı dünya okeanının digər əraziləri üzrə orta göstəricidən fərqlənmir.

Alim Bermud üçbucağında mütəmadi olaraq təyyarə qəzaları və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu gəmiçilik və aviasiya üçün də çətin hesab edilən bu ərazidə nəqliyyatın intensivliyinin yüksək olması ilə bağlıdır.


SON XƏBƏRLƏR

11 Avqust 2025