• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bərzani Azərbaycandadır - YENİLƏNİB

CƏMİYYƏT

18 Iyul 2023 | 11:50

Bərzani Azərbaycandadır - YENİLƏNİB

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

 

***

11:19

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun KİV-ləri məlumat yayıb.

Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlərin və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf yollarının müzakirə ediləcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026