• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Ermənilərin bu yolla getməsi onların sonunu gətirəcək" -  ANTİTERROR ƏMƏLİYYATI 

CƏMİYYƏT

17 Avqust 2023 | 11:10

"Ermənilərin bu yolla getməsi onların sonunu gətirəcək" - ANTİTERROR ƏMƏLİYYATI

“Ermənistanın tələbinə əsasən BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələri müəyyən istisnaları çıxmaq şərti ilə konstruktiv adlandırmaq olar. Nəticə birmənalı şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin, diplomatiyamızın qələbəsidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat  Nəsib Məhəməliyev bildirib.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdən əvvəl erməni təbliğat maşını “humanitar böhran”, “blokada”, “soyqırım” terminlərindən bol-boluna istifadə etməklə, Azərbaycan əleyhinə böhtan, şantaj kompaniyası aparırdı: “Ölkəmizə qarşı qətnamələrin qəbul edilməsinə, beynəlxalq təzyiqin artırılmasına, Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin götürülməsinə çalışırdılar. Bunların heç biri baş vermədi. Növbəti dəfə ermənilərin arzuları puç oldu, təxribatları iflasa uğradı.

Bundan sonra nə olacaq? Bu sualın cavabı ermənilərdən asılıdır. Ən ali beynəlxalq təşkilat BMT TŞ sözünü dedi. Daha əvvəl beynəlxalq məhkəmə münasibətini bildirmişdi. Onlar başa düşməlidirlər ki, bundan o tərəfə, erməni separatçılığını müdafiə edə biləcək hüquqi instansiya yoxdur. Hüquq Azərbaycanın tərəfindədir və az sayda erməni tayfasının kaprizlərinə görə, nə BMT öz nizamnaməsində dəyişiklik edəcək, nə də digər orqanlar beynəlxalq hüququn norma və prinsiplərindən imtina edəcəklər.

Qalır terror, silahlı qarşıdurma, müxtəlif təxribatlar vasitəsilə gərginliyin saxlanılması. Ermənilərin bu yolla getməsi bizə imkan verir ki, antiterror əməliyyatları keçirək. Bu da, şübhəsiz onların sonunu gətirəcək”.

N.Məhəməliyev bildirib ki, Azərbaycan istər Ermənistanla sülhyaratma prosesində, istərsə də, Qarabağ ermənilərinə yönəlik apardığı siyasət stabildir, mütləq şəkildə beynəlxalq hüquqa söykənir: “Danışıqlar yoluna üstünlük verilir, bütün prinsipial məsələlər üzrə şəxsən dövlət başçısı İlham Əliyev tərəfindən xəbərdar edilir, nəticələri barədə erməni xalqına mesajlar ötürülür. Nəticə çıxarılmadıqda sərt, qanuni tədbirlərə əl atılır. Qeyd etmək istərdim ki, bu taktika özünü tam doğruldur.

Alternativ marşrut siyasəti davam etdiriləcək və şübhə etmirəm ki, yaxın zamanlarda Ağdam-Xankəndi yolunun açılmasına şahidlik edəcəyik”.

Deputat hesab edir ki, “Yumşaq Güc” siyasəti davam etdirilməlidir: “Müsbət nəticə olmadığı halda, antiterror əməliyyatları keçirilə bilər. Münasib şərait yetişdiyi halda, Qarabağı separatizmdən tamamilə azad etməli, gələcək nəsillərə saxlamamalıyıq. Zaman Azərbaycanın xeyrinə işləyir və bütün proseslər göstərir ki, dövlətimiz İlham Əliyevin rəhbərliyində, tarixinin ən güclü, qüdrətli dövrünü yaşayır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026