“Humanitar fəaliyyət adı ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan Rusiya vətəndaşları Qarabağı tərk etməyə başlayıblar”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
O qeyd edib ki, Rusiya sülhməramlı kontingenti birgə bəyanatın şərtlərində humanitar fəaliyyətləri yerinə yetirməyi üzərinə götürmüşdü: “Bu fəaliyyətlərin miqyası, başqa sözlə desək əraziyə gətiləcək rusların humanitar fəsliyyət üçün rusların sayı məhdudlaşdırılmamışdı və ruslar da bu faktdan yararlanaraq əraziyə 3 min çox mülki vətəndaşını gətirmişdi. Onlar da fövqəladı halların aradan qaldırılması, humanitar ykülərin paylanması və təmir-tikinti işlərilə məşğul olurdular. Bu fəaliyyətin əksəriyyəti sülhməramlı kontingentinin fəaliyyətinə aid deyil. Dəfələrlə rus icmasının Qarabağda aktiv fəaliyyətini də müşahidə etmişdik”.
Ə.Verdiyev deyib ki, son günlər erməni silahlılarının geniş miqyasda təxribatları Azərbaycan tərəfinin hərbi əməliyyatlar keçirməsi barədə ehtimallarını maksimuma çatdırıb: “Rusiyanın Qarabağdakı mülki vətəndaşları bu xəbərdarlıqlardan nəticə çıxardaraq ərazini tərk edirlər. Dirəg tərəfdən mülki ermənilər ilə erməni seperatçıları rus kontingenti arasında ciddi qarşıdurmalar yaşanır. Həm Ermənistan, həm Azərbaycanla, həm də Qarabağdakı erməni icması ilə münasibətləri korlayan Rusiya vətəndaşları ərazini tərk etmək qərarına gəliblər”.
Ramid İbrahimov
















