• Bakı C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Betsi Berns Korn: Azərbaycanın strateji əhəmiyyəti var

SİYASƏT

09 Fevral 2026 | 13:40

Betsi Berns Korn: Azərbaycanın strateji əhəmiyyəti var

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyəti olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməkdən məmnunluğunu ifadə edib.

O, ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğulayıb.


SON XƏBƏRLƏR