Nazirlər Kabineti Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları ilə bağlı qərarda dəyişiklik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğlərində, həmçinin dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarında dəyişiklik edilib.
Sənəd Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 oktyabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.
Bakı 




