“Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalında (dxr.az) bəzi dövlət xidmətlərinin 511 elektron xidmət arasında yer almasına baxmayaraq, reallıqda onlar nə elektronlaşdırılıb, nə də avtomatlaşdırılıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi” analitik hesabatın təqdimatında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildib.
O qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” xidməti portalda qeyd olunsa da xidmət verilmir: “Eləcə də, Qida Təhlükəsizliyi Agentliyinin “Qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanılması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsi” xidməti üzrə dxr.az portalında xidmətin elektronlaşma və avtomatlaşma dərəcələri haqqında heç bir məlumat yoxdur. Elm və Təhsil Nazirliyinin “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi” xidməti də eyni vəziyyətdədir”.
Ramid İbrahimov





jpg-1689142332.webp)










