• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

MİQ imtahanı davam edir

CƏMİYYƏT

12 Iyul 2023 | 10:11

MİQ imtahanı davam edir

İyulun 12-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak edəcəklər.

Bu barədə Bakıvaxtı.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bu gün keçiriləcək test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik təhsilverənlərin aşkarlanmasında bərabər, ədalətli imkandır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR