• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bəzi seçki dairələrinin hüdudları dəyişdiriləcək

Gündəm

27 Iyun 2024 | 16:36

Bəzi seçki dairələrinin hüdudları dəyişdiriləcək

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati ərazilərində dəyişiklik edilib.

Dəyişiklikdən irəli gələrək 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan- Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin adında və hüdudlarında qismən dəyişiklik edilir.

***

16:15

Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin hüdudlarına dəyişikliyi müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı MSK-nın iclasının gündəliyində nəzərdə tutulub.

Həmçinin, MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini də gündəliyə daxil edib.


SON XƏBƏRLƏR

29 Iyun 2024