• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bill Qeyts baba oldu

DÜNYA

08 Mart 2023 | 12:12

Bill Qeyts baba oldu

“Microsoft”un yaradıcısı, milyarder iş adamı Bill Qeyts baba olub. Geytsin qızı Cennifer Qeyts və həyat yoldaşı Nayel Nassar ilk körpələrini dünyaya gətirib.

Bakıvaxtı.az xəbər verir ki, Cennifer Qeyts instaqram hesabında körpəsini qucağında tutaraq çəkilmiş şəklini paylaşaraq "Sağlam kiçik ailəmizdən gözəl salamlar" qeydini atıb. 

114 milyard dollarlıq sərvətlə dünyanın 4-cü ən varlı adamı olan Bill Qeyts İnstaqramda paylaşdığı hekayə ilə xoşbəxt cütlüyü təbrik edib. Qeyts “Cenni və Nayeli təbrik edirəm. Mən çox qürur duyuram” deyib. 

Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda French Qeyts körpə şəklinin altında “Dünyaya xoş gəlmisiniz. Ürəyim sevincdən dolub-daşır” — deyə yazıb. 

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR