• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Ermənistanı gözlənilmədən siyahıdan çıxartdı

DÜNYA

07 Aprel 2023 | 00:19 | Müəllif: Subhan Mahmudov

ABŞ Ermənistanı gözlənilmədən siyahıdan çıxartdı

Avropanın 10 ölkəsini əhatə edəcək "Defender 23" hərbi təlimlərinin iştirakçıları siyahısından Ermənistan çıxarılıb.

Bakıvaxtı.az bildirir ki, ABŞ Müdafiə Nazirliyinin yenilənmiş siyahısında Ermənistanın adına rast gəlinmir.

Bildirilir ki, ABŞ-la yanaşı, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər təlimlərdə iştirak edəcək.

Qeyd edək ki, təlimlər 22 apreldə başlayacaq və 2 ay davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR