• Bakı 27° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

"Bitcoin" yenə bahalaşdı

İQTİSADİYYAT

11 Iyun 2026 | 08:39

Bitcoin yenə bahalaşdı

Kriptovalyuta bazarı həftəlik enişdən sonra yüksəlməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bazar kapitallaşması 0,82% artaraq 2,14 trilyon dollara çatıb.

Dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin"in qiyməti son 24 saatda 1,34% yüksələrək 62 323 dollara çatıb. Bununla belə, aktiv son bir həftədə 3,12% dəyər itirib.

“Ethereum”un qiyməti 0,84% artaraq 1 644 dollara yüksəlsə də, həftəlik geriləmə 9,02% təşkil edib. BNB isə son sutkada 0,95% qiymət artımı göstərib, lakin son yeddi gündə 4,3% ucuzlaşıb.

Qızılın qiymətinə indekslənən tokenlərdə isə eniş qeydə alınıb. P”AX Gold” (PAXG) son 24 saatda 2,57%, son bir həftədə isə 8,6% ucuzlaşaraq 4 069 dollara düşüb. “Tether Gold” (XAUt) isə sutka ərzində 2,52%, həftəlik müqayisədə 8,42% dəyər itirərək 4 062 dollar səviyyəsində ticarət olunub.

Bazar iştirakçılarının əhval-ruhiyyəsini ölçən “Fear & Greed Index” göstəricisi 15 bənd səviyyəsində qərarlaşıb ki, bu da investorlar arasında güclü qorxunun hökm sürdüyünə işarə edir.

Analitiklər bildirirlər ki, bazarda qısamüddətli alışlar müşahidə olunsa da, qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik, Yaxın Şərqdə davam edən gərginlik və riskdən yayınma meyilləri investorların riskli aktivlərə marağını məhdudlaşdırmağa davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026