“Qadın, sülh və təhlükəsizlik qətnamələrinin və Azərbaycanda BMT Təhlükəsizlik Şurasının 1325 saylı Milli Fəaliyyət Planın qəbulunun önəmini vurğulamaq istəyirəm”.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreeva Bakıda keçirilən Azərbaycanda qadın, sülh və təhlükəsizlik Birinci Milli Forumda bildirib.
O qeyd edib ki, müharibədən sonrakı proseslərdə qadınların iştirakı əhəmiyyətlidir: “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun addımların atılması gözlənilir”.
Ramid İbrahimov
















